Bu maşınların qiyməti kəskin ucuzlaşdı

Artıq bir müddətdir ki, vətəndaşlar və taksi şirkətləri tərəfindən istismar olunan buraxılış ili köhnə nəqliyyat vasitələri ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülür. Hazırda Azərbaycan avtoparkının təxminən 80 faizi köhnə maşınlardan təşkil olunub.
Köhnə maşın dedikdə, buraxılış müddəti maksimum 10 ildən çox olan avtomobillər nəzərdə tutulur. İyulun 1-dən etibarən, taksi daşımalarında xidmət göstərən şirkətlər, nəzərdə tutulmuş yeni qaydalara görə, buraxılışı 10 ildən çox olan maşınlara qadağa tətbiq olundu. Bu isə, avtomobil satışı bazarlarında taksi fəaliyyətində istifadədən çıxarılmış maşınların hədsiz çoxalmasına səbəb oldu. Nəticədə biz iyul və avqust aylarında maşın bazarlarında nisbi durğunluq və avtomobil qiymətlərində ucuzlaşma müşahidə etdik. Yanacaq qiymətlərindəki bahalaşmanın da təsiri ilə, hibrid maşınlar dizel və benzin sərfiyyatlı avtomobillərin bazarını sözün əsl mənasında “öldürdü”.
Avtosfer.az xəbər verir ki Yenisabah.az payızda və qışa doğru avtomobil satışı bazarında alıcıları gözləyən tendensiyanı araşdırıb. İlkin müşahidələrimiz onu göstərir ki, ilin sonunadək müştərilərin üstünlük verdiyi maşınların siyahısında dəyişiklik olmayacaq. Son aylar ABŞ, Koreya və Dubay kimi ölkələrdən edilən sifarişlərin artmasını da nəzərə alsaq, “Hundai”, “Kia”, “Toyota” kimi şərq brendləri öz bazar payını qoruyub saxlayacaq. Digər tərəfdən, ölkəmizin avtoparkında ənənəvi markalardan əlavə yerli istehsal olan “Khazar”, “Lifan”, “Cobalt” kimi modellər də çoxalıb. Artıq bir sıra taksi şirkətləri xidmətdə istismar üçün məhz yerli istehsal nəqliyyat vasitələrinə üstünlük verir. Sürücülər arasında belə bir məşhur deyim var ki, özünü taksidə doğruldan maşın, həqiqətən də keyfiyyətli və dözümlüdür.
Növbəti aylarda elektromobillərin və hibrid maşınların qiymətində bahalaşma olacağı gözlənilir. Qiymət artımı daha çox 2014-cü ildən sonra istehsal edilmiş nəqliyyat vasitələrində özünü göstərəcək. Ümumən bu ilin sonu və növbəti il ərzində Azərbaycanın avtomobil parkının “gəncləşməsi” prosesi davam edəcək.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










