Bu şəxslərin sürücülük vəsiqəsi dondurula bilər; xəstəlik tapanlar diqqətli olsun! - VİDEO

Bir ay öncə Bakı-Sumqayıt yolunda sürücü ard-arda beş maşın vurmuşdu. Sürücü hadisənin səbəbi kimi 2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkdiyini və həmin an özündə olmadığını əsas gətirmişdi. Bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Məlum oldu ki, ölkəmizdə sürücülük vəsiqəsi veriləndən sonra sürücülərin sağlamlığındakı dəyişikliklər aidiyyəti qurumlar tərəfindən izlənmir. Yəni sürücülər sadəcə vəsiqə alan zaman həkim müayinəsindən keçirlər. Tutaq ki, bu gün sürücülük hüququ alan şəxs sabah hansısa ağır psixoloji və ya fizioloji xəstəliyə tutuldu, amma o avtomobil idarə etməyə davam edir. Bu isə həm şəxsin özü, həm də digər insanlar üçün real təhlükə deməkdir. Maraqlıdır, bu cür şəxslərin sürücülük hüququ niyə dondurulmur? Ümumiyyətlə, bu məsələdə hansısa nəzarət mexanizmi mövcuddurmu? Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, sağlamlıq arayışı verən məntəqələrdə rüşvət baş alıb gedir. Buna görə də cəmi 50 manata hamı sağlamlıq arayışını asanlıqla ala bilir. Ekspert onu da söylədi ki, problemin yaranmasının başlıca səbəbi aidiyyəti qurumların sistemdə bir-birlərini görməmələridir. Səhiyyə Nazirliyinin, yol polisinin, prokurorluğun, hər birinin öz sistemi var. Ümumi baza olmadığı üçün sistemlər məlumatı yol polisinə ötürə bilmirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli də deyir ki, sürücülərin səhhətindəki dəyişikliklə bağlı DYP-yə məlumatı səhiyyə strukturları ötürməlidirlər. Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu məsələyə Səhiyyə Nazirliyi baxır. Nazirlikdən isə məsləhət gördülər ki, poliklinikalarla əlaqə saxlayaq. Ancaq əlaqə saxladığımız bütün tibb müəssisələri bizi təkrar TƏBİB-ə yönəltdilər. Beləcə məlum oldu ki, vahid sistem yaratmaq bir yana, heç səhiyyə qurumları arasında bu öhtəliyin kimə aid olduğunu bilən də yoxdur. Yəni, təhlükəli vəziyyət davam edir. Problemin isə yaxın vaxtlarda çözüləcəyinə ümid yoxdur.
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










