Çin avtomobilləri sürətlə artır – Onlara etibar etmək olar?

Köhnə avtomobillərlə bağlı qoyulan sərt qadağalar ölkəyə ili yeni maşınların gətirilməsinə səbəb olub. Artıq insanlar istehsal ili köhnə yox, yeni, Avropa standartlarına cavab verən və daha çox Çin istehsalı olan avtomobillərə üstünlük verirlər.
Lakin artıq uzun illərdir ki, insanlar arasında Asiya, xüsusən də Çin markalı avtomobillərin ehtiyat hissələrinin baha olması və texniki servis çatışmazlığı ilə bağlı tərəddüdlər formalaşıb. Bəs görəsən, Çin istehsalı maşınların sürətlə artımı sürücülər üçün yaxın gələcəkdə bu sarıdan problemlərə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, Çin markalarına tələbat təkcə Azərbaycanda deyil, Avropada da olduqca yüksəkdir:
“Çinin avtomobil sənayesi və ixracı təkcə Azərbaycanda deyil, bu sahədə sərt qaydalar tətbiq edən Avropada, hətta qardaş Türkiyədə belə sürətlə genişlənir. Bu istiqamətdə Çin şirkətləri həmin regionlarda istehsal müəssisələri qurmaq prosesinə start veriblər. Ona görə də, bu tendensiya tək Azərbaycanı əhatə etmir. İkincisi, Azərbaycanda artıq 25-dən çox rəsmi Çin brendi var və hələki bu maşınlarla bağlı ciddi problemlər yoxdur”.
Eyyub Əliyev ehtiyat hissələri və texniki servislərlə bağlı problemlərin demək olar ki, aradan qaldırıldığını diqqətə çatdırıb:
“Əvvəllər ehtiyat hissələri ilə bağlı müəyyən problemlər var idi ki, bunun da artıq həlli yolları tapılıb. Rəsmi servislər və fərdi sahibkarlar tərəfindən həddən artıq ehtiyat hissələrinin tədarükü və təmir mərkəzlərinin qurulması işləri görülür. Ən narahat edici məqam usta və ehtiyat hissələri çatışmazlığı idi, bunun da həll yolu artıq var. Digər tərəfdən Çin avtomobillərinin keyfiyyət məsələsi gündəmə gətirilir. Mən hər zaman deyirəm ki, avtomobilə vaxtı-vaxtında baxan, texniki qulluğunu etdirən şəxsin avtomobilində 99 faiz heç bir problem çıxmır. Bundan qorxmaq lazım deyil və zamanı tələbi olaraq bununla ayaqlaşmaq lazımdır”.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










