Distronic Plus sistemi sürücünü əvəz etmir, yalnız ona kömək edir - FOTO

Komfortlu adaptiv kruiz-kontrol sistemi 0 km/saatdan 200 km/saata qədər bütün sürət diapazonunda eyni istiqamətdə hərəkət edən avtomobilə qədər sistem tərəfindən təyin olunan ara məsafəsini qoruyub saxlayır.
Hərəkət üçün müəyyən sürətin təyin olunmasını və təhlükəsiz ara məsafəsinin saxlanılmasını təmin edən Distronic sisteminin təkmilləşdirilmiş versiyası Distronic Plus adlanır. Bu sistem Tempomat rıçaqı vasitəsilə aktivləşdirildikdən sonra “start-stop” rejimində hərəkət zamanı, habelə avtomobillərin intensiv hərəkət etdiyi avtostradada eyni istiqamətdə hərəkət edən avtomobilə qədər lazımi ara məsafəsini təyin edir və həmin məsafəni avtomatik olaraq mühafizə edir.
Tıxac şəraitində hərəkət zamanı Distronic Plus sistemi avtomobili rəvan şəkildə əyləcləyir və ya tam dayandırır, sonra isə yol şəraiti imkan verən kimi avtomobilin sürət yığmasını təmin edir. Bu, sürücünü gündəlik xırda və ağır işdən azad edən faydalı funksiyadır. Distronic Plus sistemində uzaq məsafəyə təsir edən radar sensoru ilə təchiz olunmuş əvvəlki Distronic sisteminin funksiyaları yaxın məsafəyə təsir edən radar sensoru ilə birləşdirilib, sonuncu həmçinin BAS Plus sistemində istifadə olunur.
Distronic Plus sisteminin təsir diapazonu 20 santimetrdən 150 metrədək zonanı əhatə edir ki, bu da aşağı sürətlə hərəkət zamanı sistemin avtomobili inamla idarə etməsinə və təkrarlanan sürətyığma və əyləcləmə əməliyyatlarının avtomatlaşdırılması hesabına sürücünün əməyinin xeyli sadələşdirilməsinə imkan yaradır.
Daha kəskin əyləcləmə tələb olunduqda Distronic sistemində olduğu kimi, bu sistem də sürücüyə səs siqnalı vasitəsilə və xəbərdarlıq lampasını aktivləşdirməklə xəbərdarlıq edir. Bundan sonra avtomobili yenidən hərəkətə gətirmək üçün sürücünün Tempomat rıçaqını işə salması və ya qaz pedalına yüngülcə basması kifayətdir. Distronic Plus sisteminin sensorları həmçinin BAS Plus preventiv ekstremal əyləcləmə sisteminin işində istifadə olunur. Amma bu sistem yalnız sürücü avtomobili əyləcləməyə başladığı zaman köməyə gəlir. BAS Plus sistemi əyləc pedalına basma gücünün yetərli olmadığını hesab edirsə, aktivləşir və qarşıda gedən avtomobilə qədərki ara məsafəsindən asılı olaraq əyləc idarəetməsinin hidravlik ötürücüsünə təzyiqi artırır.
Sürücü avtomobili əyləcləməyə başlayırsa və sistem toqquşma təhlükəsini müəyyənləşdirirsə, BAS Plus sistemi əyləc idarəetməsinin hidravlik ötürücüsündə təzyiqi maksimum artırır ki, toqquşmanın qarşısı alınsın və ya onun nəticələri yüngülləşdirilsin.
Distronic Plus sistemi sürücünü əvəz etmir, yalnız ona kömək edir. O həmçinin təhlükəsizlik sistemi də deyil.



Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










