Dizel mühərrikini hidrogenə çevirdilər

Ekoloji təmiz avtomobil yzü ildir bütün mühəndislərin arzusudur. Bunun üçün əksəriyyət elektromobilə keçidi tövsiyə edir. Lakin tez bir zamanda və kütləvi keçid hələ real görünmür. Digər tərəfdən köhnə mirasdan da tezliklə qurtulmaq mümkün deyil. Lakin layihələr də var.
Avtosfer.az xəbər verir ki, Avstraliyada professor Şoun Kukun rəhbərlik etdiyi komanda köhnə Dizel mühərrikini hidrogenə uyğunlaşdırıb. Hidrogen mühərrikləri bir qayda olaraq benzin mühərrik kimi işləyir. Lakin professor burada dəyişiklik edib. Yeni mühərrikdə yanacaq sıxma ilə alışır. Yəni sıxma taktı icra olunduqdan sonra silindrə dizel yanacağı ilə paralel olaraq hidrogen də püskürdülür və alışma baş verir. Nəticədə işlənmiş qazlar daha təmiz çıxır.
Təxminən 2 illik zəhmətdən sonra mütəxəssislər 90% hidrogen və 10% dizel yanacağı qarışığı ilə işləyən mühərrik əldə edə biliblər. mühərrikin faydalı iş əmsalı cəmi 26% (müasir dizellərdə 43-45%) olsa da, ətraf mühitə atılan dəm qazının həcmini 86% azaltmaq mümkün olub.
Layihənin geniş tətbiqi milyonlarla dollar sərmayə tələb edir.
Vüqar
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












