Döyüşə könüllü yollanıb şəhid olan fotoqraf - VİDEO

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Tural Dəmirçiyevdir.
“Report”un xəbərinə görə, gənc yaşlarından fotoqraf sənətinə yiyələnən Tural döyüşlərə könüllü qatılıb.
O, oktyabrın 5-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Atası Rəfael Dəmirçiyev bildirir ki, oğlunun ən böyük arzusu fotostudiya açmaq idi:
“Dedi ki, ata mən fotoaparat almaq istəyirəm. Bir müddətdən sonra evə gələndə, baxdım ki, Tural gülür. Fotoaparatını gətirib mənə göstərdi ki, “ata, aldım”. Sonra bu sənəti öyrəndi. Mərhum generalımız Polad Həşimov şəhid olandan sonra Tural orduya könüllü yazıldı. Bu barədə bizə deməmişdi, xəbərimiz olmayıb.
Səhər işə hazırlaşıb gedəndə zəng gəldi, çölə çıxıb danışdı. Yenidən evə qayıdıb, formasını dəyişib, ordu sıralarına yollandı. Tural cəbhə bölgəsində olan zaman bizə bu barədə demirdi. Heç telefonla danışanda da yerini dəqiq bildirmirdi. Tez-tez telefonla danışırdı. Sonra bir ara telefon zəngi kəsildi. Oktyabrın 5-də Füzuli istiqamətində şəhid oldu. Eşitdiyimizə görə, həmin vaxt güclü döyüşlər gedib, Turalgil hücuma keçəndə oğlum qəlpə yarası alıb və şəhid olub”.
Anası Sədaqət Dəmirçiyeva deyir ki, oğlu bir müddət təlim keçəndən sonra Füzuli istiqamətində gedən döyüşlərə qatılıb:
“Bizlə həmişə telefonla gülə-gülə danışırdı. Bildirirdi ki, “narahat olmayın hər şey yaxşıdır, heç bir problemimiz yoxdur, döyüşürük”. Mənə Turalın şəhid olması barədə xəbəri atası zəng edib dedi. İndi o barədə danışmaq mənim üçün çox çətindir. Turalla fəxr edirəm ki, Füzuli istiqamətində gedən döyüşlərdə oğlum qəhrəmanlıqlar göstərib. Bir ana kimi bilirdim ki, Tural şəhid də olsa, qalib gələcək”.
T.Dəmirçiyevin iş yoldaşı, qazi Elnur Əkbərovun sözlərinə görə, onu 2019-cu ildən tanıyır:
“Biz 31 saylı komandada eyni növbədə, eyni qaravulda post yoldaşı olmuşuq. Növbəmiz də eyni olub. Turalla bizim qarşılaşmağımız təlimdə baş verdi. Biz artıq orduya ilk yazılanlardan biri idik. Getdik, təlimlərdə bir yerdə iştirak etdik. Amma təəssüflər olsun ki, döyüşə yollananda bölmələr olaraq ayrıldıq. Turalla da döyüş meydanında yollarımız ayrıldı. Mən yaralandım, Tural isə şəhidlik zirvəsinə ucaldı. İlk qalibiyyət sevincimizi bölüşməyim Turalın qəbrini ziyarət etməklə oldu. Özü aramızda olmasa belə ruhu bizimlədir”.
Babası Sadiq Dəmirçiyevlə qardaşı Ramal Dəmirçiyev Turalla qürur duyduqlarını söyləyirlər.
Keyfiyyətsiz filtrlər mühərriki belə məhv edir
“Niva”nın qalmaqal yaradan fotosu - FOTOLAR
Alman avtomobil nəhəngləri böhran içində: Gəlirlər azalır
Bakıda qeyri-adi avtomobilləri görmək üçün BULVARA GEDİN! - FOTO
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA










