Elektromobili yuyan şəxsi cərəyan vura bilərmi?

Bir çox istifadəçini belə bir sual düşündürür: elektromobili su ilə yumaq olarmı? Axı elektrik və su bir-biri ilə “yola getmir”.
Avtosfer.az xəbər verir ki, elektromobili su ilə yumaq və ya başqa təmizlik tədbirləri görmək nəinki mümkün, hətta mütləqdir. Bütün texnikalar kimi elektromobili də təzyiqli su ilə, ya da əllə yumaq olar. Lakin bir neçə qaydaya mütləq əməl edilməlidir.
Əvvəla, elektromobil doldurularkən və ya doldurma qurğusunun yanında ikən yumaq olmaz. Mühərrik və kabellər suya qarşı mühafizə olunsa da, batareya və mühərrik hissəsini su ilə yumaq olmaz. Kabellər izolyasiyalı olsa da, hansısa yerdəı izolyasiyanın korlanması halı mövcud ola bilər.
Elektromobilin təkər tağlarını yumaq olsa da, alt hissəyə su vurmamaq tövsiyə olunur. ƏN VACİB MƏQAM: doldurma yuvasına su düşməsinin qarşısını almaq lazımdır. Bnun üçün ən asan yol yuvanın qapağını bağlı saxlamaq, həmin hissəyə təzyiqlə su çiləməməkdir. Çünki bu, dərhal olmasa belə, başqa bir vaxt qısaqapanmaya səbəb ola bilər.
Təhlükəsizlik qaydalarına əməl olunduqda elektromobildə cərəyanvurma ehtimalı yox dərəcəsindədir.
Yuxarıda qeyd etdik ki, elektrik və su bir-biri ilə uyğunlaşmır. Lakin bəşər övladı elektriki sənaye üsulu ilə almağa başladığı dövrdən onları uyğunlaşdırmağı bacarıb. Sualtı qayıqlarda hər şey elektrikləşdirilib. 150 ildə tramvay və trolleybuslarda kimisə cərəyan vurması hallarının ümumi sayı bir əlin barmaqları qədərdir.
Vüqar
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










