Elektromobillə bağlı daha bir iddia: insanların hərəkət azadlığı məhdudlaşır?

Avropa Komissiyası elektromobilə keçidi qətiləşdirdi. Böyük istehsalçılar da bu qaydalara əməl etməyə məcburdur. Artıq minik avtomobilləri üçün yeni mühərrik layihələndirilməsi sıfır nöqtəsinə gəlib. 3 il sonra qüvvəyə minəcək Avro-7 standartına isə yalnız hibrid avtomobillər cavab verə biləcək. Bəs elektromobilə keçidin istehsalçılara və sadə insanlara yaradacağı problem nədən ibarətdir? Avropalı ekspertlərin məsələ ilə bağlı rəyi nədir? İnsanlar texniki parametrlərlə necə aldadılır?
Avtosfer.az xəbər verir ki, elektromobilə maraq oyadılması reklam və güzəşt yolu ilə həyata keçirilir. Əksər Avropa ölkələrində elektromobil alanlara vergi endirimi, pulsuz parkinq, şəhər mərkəzində sərbəst hərəkət və pulsuz doldurulma təklif edilir. Tıxac vaxtı isə elektromobil sürücüsü ehtiyat yoldan istifadə edə bilər. Bəs bu xərcləri dövlətlər necə qarşılayır?
Cavab sadədir: hər il yanacağa və avtomobil alqı-satqısına vergi və rüsumlar artırılır. Burada yaranan milyardlarla avro izafi dəyər elektromobil istehsalçılarına və alıcılara ötürülür. Bununla belə, elektromobilin maya dəyəri ucuzlaşmır. Səbəb litium, kobalt və nikel kimi nadir metalların istehsalının bir neçə şirkətin əlində cəmləşməsidir.
Rəqabət olmadığı üçün qiymətlər də daim yüksəlir.
Elektromobillərin hərəkət azadlığına da müəyəyn məhdudiyyətlər gətirəcəyi iddia olunur.fransız iqtisadçı Fransua Ksavye-Pyetrinin fikrincə “Batareyanı evdə dolduracağınız təqdirdə şəhərdə ciddi problem olmayacaq. Amma uzunmüddətli ailəvi tətilə, günlərlə uzaq səfərə çıxmaq məsələsi artıq bitdi. Bir çən yanacaqla dizel avtomobil 600 km qət edirsə, elektromobilin limiti 300 km göstərilir. Real rəqəmlər isə bundan dəfələrlə azdır”.
Avropa şəhərlərində doldurma xərci cüzi olsa da, şoselərdə vəziyyət fərqlidir. Bahalı Porşenin və Audinin batareyasının doldurulması ucuz Reno və ya Fiatdan daha sərfəlidir. Çünki doldurulma zamanı sərf olunan elektrik deyil, vaxt əsas götürülür (alman avtomobilini doldurmağa 2 dəqiqə kifayət etdiyi halda, fransız texnikası azı yarım saat tələb edir). Teslanın tikdiyi doldurma məntəqələrində qiymətlər 2 ildə 3 dəfə artıb. İsveç bir neçə gün əvvəl elektromobillə bağlı bütün güzəştləri ləğv edib. Soyuq havalarda özünü doğruldan elektromobil hələ hazırlanmayıb ki, bu da ayrı xəbərin mövzusu olacaq.
Ekologiyaya gəldikdə isə, 1 ton litium istehsalı üçün 1 milyon litr su tələb olunur. Başqa sözlə, bir avtomobil batareyasının istehsalı üçün 500 nəfərin illik tələbatı qədər su lazımdır.
Böyük korporasiyaların maraqlarına gəlincə: 1 daxili yanma mühərrikinin yığılmasına 5 işçi tələb olunursa elektrik mühərriki üçün 3 nəfər kifayətdir. Onlar satış qiymətlərini yüksəldəcəkləri halda işçi sayını azaldaraq daha böyük mənfəət sahibi olacaqlar.
Vüqar Yaşaroğlu
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ








