Elektromobillərin idxal gömrük rüsumunun ləğvi benzinin qiymətini ucuzlaşdıracaq? - AÇIQLAMA

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib. Burada məqsəd alıcıların diqqətini ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinə yönəltməkdən ibarətdir. Bildirək ki, 2022-ci il yanvarın 1-də yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin idxalı ilə bərabər, satışı da əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Eyni tarixdə elektromobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı da üç il müddətinə əlavə dəyər vergisindən azad olunub.
Maraqlıdır, bu addım maşın bazarında elektrik mühərrikli avtomobillərin həm sayının, həm də qiymətlərinin artmasına səbəb ola bilərmi? Eyni zamanda elektromobillərə üstünlük veriləcəyi təqdirdə benzinin ucuzlaşması gözlənilirmi?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov oxu.az-a açıqlamasında qeyd edib ki, elektrik mühərrikli avtomobillərin idxal gömrük rüsumunun sıfır faizə endirilməsi təqdirəlayiq addımdır:
“Ancaq biz baxaq görək, elektriklə işləyən avtomobillərin həcmi ümumi avtomobil bazarında nə qədərdir? Onlar cəmi 5-10 faizi təşkil edir. Doğrudur, yarı elektriklə, yarı yanacaqla işləyən avtomobillər var, amma sırf elektriklə işləyənlərin faiz nisbəti çox aşağıdır. Lakin onlar ekoloji baxımdan əhəmiyyətlidir. Çünki alternativ yanacaq mənbələrindən istifadənin, neft və neft məhsullarından daha az istifadənin ekoloji səbəbləri var”.
Ekspert avtomobillərin qiymətinin kəskin artacağını düşünmədiyini də diqqətə çatdırıb:
“Çünki elektriklə işləyən avtomobillər ən çox şəhər mühitinə və sürəti az olan yollara uyğundur. Ona görə də onların qiymətində sıçrayış olacağını düşünmürəm. Bu, ağlabatan deyil. Benzin qiymətində də azalma müşahidə olunmayacaq. Çünki avtomobil parkında kifayət qədər sırf benzinlə işləyən iri və xırda tutumlu, təqribən 1,5-3 min kubsantimetr həcmli mühərriklə işləyən avtomobillər var. Onların sayı o qədər çoxdur ki, azalmalarını qısa bir zamanda müşahidə edə bilmərik. Bunun üçün illər lazımdır. Həmçinin də keyfiyyət lazımdır. Elektromobillər benzinlə, dizellə işləyən avtomobillərin komfortunu əvəz edə biləcəkmi? Bunu zaman göstərəcək”.
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










