“Elman nişanlı idi, təəssüf ki, toyunu görmək bizə qismət olmadı” - FOTO

İkinci Qarabağ savaşının qəhrəmanlarından biri də, şəhid Elman Əliyevdir. O, 1994-cü ildə Mingəçevir şəhərində doğulub. Sentyabr ayının 29-u Suqovuşan kəndində şəhidlik zirvəsinə ucalıb.
Şəhidin qardaşı Vüsal Əliyev Trend-ə Elmanla bağlı xatirələrini bölüşüb:
“Elman haqqında keçmiş zamanda danışmaq mənim üçün ağırdır. Qardaşım dayağım idi. Onun yanında həmişə özümü güclü hiss edirdim. Elman çox vətənpərvər bir insan idi. Uşaqlığından avarçəkmə idmanı ilə məşğul olurdu. Respublika üzrə çoxlu medallar qazanmışdı. İdmanla yanaşı, həm də yaxşı səsi vardı, muğam ifaçısı idi.
Qardaşım müddətdən artıq hərbi qulluqçu idi. Vəzifəsi PDM (Piyadaların döyüş maşını) ekipajında tuşlayıcı idi. Elman sonuncu dəfə evlə sentyabrın 28-i əlaqə saxlayıb. Bu zəng qardaşımın sonuncu zəngi oldu. Döyüşlər başlayandan hamı kimi biz də narahat idik. Neçə dəfə əlaqə yaratmaq istədik, alınmadı. Cəbhə bölgəsinə getdim, maraqlandım, dedilər ki, onlar çox irəli gediblər deyə əlaqə yaratmaq olmur. Qardaşım sentyabrın 29-da şəhid olub. Lakin biz bundan gec xəbər tutduq”.
Şəhidin qardaşı bildirib ki, döyüş yoldaşlarının dediklərinə görə gözündə qorxu yox idi. Daim irəli döyüşə can atırdı, yoldaşlarını da ruhlandırırdı:
“Təəssüf ki, belə döyüşlərin birində içərisində olduğu texnikanı düşmən vurdu və yoldaşları ilə bir yerdə şəhid oldu. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Mən qardaşımla fəxr edirəm. Elman nişanlı idi. Çox təəssüf ki, toyunu görmək bizə qismət olmadı. Qardaşımdan bizə xoş xatirələr qaldı”.
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?










