Formula 1 yarışları və onun maliyyəsi... bir az da tarixi
“Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etmək mümkün olacaq”. Bunu bir neçə ay öncə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov demişdi. Və indi yarışlar başlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə maliyyə məsələlərini yada salmaq üçün “yeni müsavat” bəzi rəqəmləri təqdim edir.
İlk gündən açıqlanıb ki, yarış üçün 30 min bilet satışa çıxarılıb. Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa vasitəsilə mümkün olub.
Yarışı canlı izləmək üçün azarkeşlər ən azı 19 manatlarından keçməli olacaqlar. Ən baha bilet isə 620 manatdır. Qeyd edək ki, Azərbaycan vətəndaşları biletləri 40% güzəştlə əldə edə biləcəklər. Bəzi bilet qiymətlərini nəzərinizə çatdıraq:
İçərişəhər tribunası (3 gün) 440 AZN, Muğam tribunası (3 gün) 370 AZN, Sahil Tribunası / 3 gün 370 AZN, ayaqüstü zona (3 gün) 95 AZN, ayaqüstü zona / Yalnız ilk gün - 19 AZN
Dünyada da vəziyyət ən azı bizimki kimidir. Formula 1 yer üzündə ən çılğın azarkeşi olan və yaxşı bilinən yarışlardan biridir. Böyük rəqabətlə müşayiət olunan Gran Prix yarışını yerində izləmək qiyməti sizə bir az yüksək görünə bilər. Lüks idman aksiyası üçün bilet qiyməti 513 dollardan başlayır.
Olimpiadalarda tennis, üzmə və basketbol kimi idman növlərinin bilet qiymətləri olduqca yüksək olsa da, olimpiadanın açılış mərasimi bunlardan daha yüksəkdir. Meydana yaxın yerləri üzgüçülük yarışı üzrə 700 dollara, atletizmdə isə 4000 dollara satırlar.
BBC-nin araşdırmasına görə, Dünya Formula 1 yarışları maliyyələşdirilməsinin məxfiliyi ilə məşhurdur və Grand Prix keçirilməsinin xərcləri ölkədən ölkəyə fərqli olan çox sayda müxtəlif faktorlardan asılıdır. Buna baxmayaraq, bildiyimiz bəzi məsələlər var ki, orta hesabla xərci hesablamaq imkanı verir.
Birincisi yarışın qiymətidir. Yarışların əksəriyyəti öz ölkələrini F1-in dünya şöhrəti vasitəsilə təbliğ etmək istəyən müvafiq hökumətlərin öz hesabına keçirilir.
Orta hesabla ev sahibliyi etməyin haqqı birinci il üçün 25 milyon dollardır. Bundan sonra hər növbəti ildə qiymət qalxır.
Bunun ardınca, tribunların kirayələnməsi, dayanacaq meydançalarının, həkim və tibb mərkəzlərinin və bütün infrastrukturun xərcləri gəlir. Bunların hamısı bir neçə milyon dollar deməkdir.
Avstraliyada, Melburndakı Albert Park, Bakıda olduğu kimi şəhərdaxili dövrədir və on il müddətində 875 milyon dollar xərc tələb edib. Bu hesabdan bir ilə 87, 5 milyon dollar düşür.
Bir az da tarix barədə. Ralli yarışları ilk benzin yanacaqlı avtomobillərin hazırlanması ilə başlanıb. İlk yarış 1894-cü ilin 22 iyul tarixində keçirilib. Parisin “Le Perir Journal” adlı dərgisi tərəfindən maliyyələşdirilən yarış Paris-Rouen arasındakı 126 kilometrlik bir məsafədə 21 maşının qatılması ilə başlanıb. Bu, daha çox bir etibarlılıq yarışı şəklində olub. Ancaq yarışın adı “Parisdən Rouenə - 1894" olaraq dəyişdirilib.