Hansı avtomobillərin manevri daha yaxşıdır: qabaq, yoxsa arxa intiqallı?

80-ci illərin əvvəllərindən etibarən dünyada qabaq intiqallı (aparıcı təkərləri qabaqda olan) avtomobillər kütləviləşdi. Asiyalı istehsalçıların bazara girişi ilə bu seqmentdən olan maşınların üstünlük təşkil etdiyi dövr başladı. Lakin ənənəyə sadiq markalar bu gün də var.
Avtosfer.az xəbər verir ki, Mercedes-Benz, BMW, Porsche, Bentley, Lamborghini və digər markalar hələ də arxa intiqallı modellər istehsl edirlər. Bunun başlıca səbəbi qabaq intiqallı maşınlara V8 mühərriki yerləşdirməyin mümkün olmamasıdır. Doğrudur, qabaq intiqallı maşınlarda sürətlənmə daha tez olur, böyük mühərrikə çox da ehtiyac yoxdur. Amma başqa məsələlər da var.
Qabaq intiqallı maşın sürətlənməsinə görə arxa intiqallıdan çevik ola bilər. Lakin manevr məsələsində geri qalacaq. Konstruksiya baxımından arxa intiqallı avtomobildə qabaq təkərlərin dönmə bucağını kifayət qədər böyük qoymaq mümkündür. Qabaq intiqallı maşında isə şarnirlər (danışıq dilində qranat) buna imkan vermir. Niyə köhnə və ağır Mercedes kiçik bir yerdə təzə Koreya və ya Çin avtomobilindən daha rahat dönür sualının da cavabı məhz budur.
Vüqar
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












