Hibrid avtomobillər 60 km/saatadək yanacaq işlədir, ya yox? - Bunları bilmək VACİBDİR

Dünyanın əksər ölkələrindəki kimi Azərbaycanda da hibrid avtomobillərin sayı artır. Bunun başlıca səbəbi onların iqtisadi baxımdan səmərəli olmasıdır. Mühərrik həcmi kiçik olduğu üçün gömrük rüsumu az, yanacaq sərfi aşağıdır. Bu nəqliyyat vasitələrini təşviq etmək üçün bir çox ölkədə reklam kampaniyaları aparılır, bəzən də əfsanələr yaradılır. Bu əfsanələrdən biri hibrid avtomobillərin 60 km/saat sürətədək yanacaq sərf etməməsidir. Bəs nəzəri elm buna nə deyir? Bəzən ekspertlərin də dilindən eşitdiyimiz bu iddia fizika qanunlarına uyğun gəlirmi? Artıq bir çox ölkədə hibrid avtomobillər nəqliyyat parkının ciddi hissəsini tutur. Bu texnikaya marağın başlıca səbəbi yanacağa qənaətdir. Bəs buna necə nail olunur sualının cavabını fiziklər verib: ən müasir benzin mühərrikin FİƏ 40% ətrafında olduğu halda, elektrik mühərrikində bu göstərici 90% həddindədir. Sadə dildə desək, enerji itkisi 2 dəfə azdır. Buna görə də istilik mühərriki generatoru işlədərək batareyaları doldurur. Avtomobilin hərəkətini isə elektrik mühərriki təmin edir. Əslində bu sxem yeni olmayıb, teplovozlarda 60 ildən çoxdur uğurla tətbiq edilir. Bəs 60 km/saatadək yanacaq sərf etməyən avtomobil necə hərəkət edir? Hərəkət üçün tələb olunan elektrik necə əldə edilir? Bəli, istehlakçının aldadıldığı məqam da məhz budur. Fizika qanunlarına görə enerji itmir, yalnız bir formadan digərinə çevrilir. Yəni, hər bir halda hərəkət üçün enerji tələb olunur. Bu tələbatı ödəmək üçünsə daxili yanma mühərriki generasiya rejimində işləməlidir. Doğrudur, gün ərzində böyük yol qət etmiş avtomobilin batareyaları dolduğu üçün o qısa məsafəni aşağı sürətdə yaşıl enerji ilə hərəkət edə bilər. Lakin Bakı kimi yoxuşların bol olduğu yerdə bu praktiki olaraq mümkün deyil.
Təəssüflər olsun ki, 60 km yalanını bəzən avtomobil ekspertlərindən də eşidirik. Səbəb nəzəri biliyin zəif olmasıdır. Hər halda ekspertin məsələyə münasibəti avtomobil alverçisi ilə eyniyyət təşkil etməməlidir. Oxuyub öyrənmək isə nəinki gec deyil, hətta zəruridir.
Vüqar Yaşaroğlu
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO











