Hibrid avtomobillərə ARTAN MARAQ: “Əhalinin yanacaq xərclərinin çoxalmasının…”

“Ölkəyə gətirilən avtomobillərin statistikasına baxdıqda görürük ki, əvvəlki illərə nisbətən bu il ölkəyə daha çox avtomobil gətirilib”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri əhalinin yanacaq xərclərinin artmasının səbəbləri barədə danışan nəqliyyat məsələləri üzrə eskpert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əhalinin yanacaq xərclərinin artmasının əsas səbəblərindən biri Azərbaycanda avtomobilləşmənin çoxalmasıdır:
“Ölkəyə gətirilən avtomobillərin statistikasına baxdıqda görürük ki, əvvəlki illərə nisbətən bu il ölkəyə daha çox avtomobil gətirilib. Sözsüz ki, bu il və bundan əvvəlki illərdə dövlət tərəfindən elektrik və hibrid avtomobillərin gətirilməsinə tətbiq olunmuş güzəştlər nəticəsində bu tip nəqliyyat vasitələrinin də sayı çoxdur. Lakin ənənəvi avtomobillərə üstünlük verənlər də var. Dizel mühərrikli avtomobillərdən xüsusilə danışmaq olar. Dizelin qiyməti ucuz idi, insanlar da bunu bir fürsət bilərək dizel mühərrikli avtomobillərə daha çox üstünlük verirdilər. Bu da onların, təbii ki, haqqıdır. Daha çox xərc çəkmədən avtomobil sahibi olmağa çalışırdılar. Amma indi yanacağın qiyməti bahalaşanda bu, dizelə də təsirsiz ötüşmədi. Təxminən 20 qəpik dizelin qiymətində artım baş verdi. Hesab edirəm ki, bundan sonrakı dövrdə bazarda elektrik və hibrid avtomobillər daha çox yer tutacaq. Amma bu, təkcə hazırda mövcud olan avtomobillərlə bağlı deyil. Ölkəyə gətirilən avtomobillərin də sayında artım var, bu da son dövrlər müşahidə edilən rəqəmlərdən görünür. Dediyim kimi, artım da məhz bununla bağlıdır ki, avtomobil sayı artırsa, sərfiyyat da artmalıdır”.
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












