Hökumət elektrikli maşın satışının artırılması üçün təşviq paketini genişləndirir

Çin hökuməti elektrikli maşın satışının artırılması üçün təşviq paketini genişləndirir.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayından etibarən tətbiq edilən yeni təşviqlərlə Çində elektrikli avtomobil (EV - Energy Vehicle) satışlarını artırmağı hədəfləyən hökumət avtomobil bazarında illik 3,1% azalmaya cavab olaraq mühüm addımlar atıb.
Ümumilikdə 1,73 milyon minik avtomobili satılıb. İyulun sonlarında hökumət bu təşviqlərin 2024-cü ildə də qüvvədə olacağını və aprel ayında ilk dəfə elan edilən təşviqlərin geriyə tətbiq ediləcəyini elan edərək elektrikli nəqliyyat vasitələri üçün nağd stimulları 20.000 yuana (təxminən 2.785 ABŞ dolları) qədər artırıb.
Bundan əlavə, Yeni Enerji Vasitələri (NEV - New Energy Vehicle) 2024 və 2025-ci ilə qədər satış vergisindən azad ediləcək.
Eynilə, benzinlə işləyən avtomobillərini NEV avtomobilləri ilə əvəz edən istehlakçılara 20.000 yuan (təxminən 2.540 ABŞ dolları) dəyərində utilizasiya stimulu təklif edilir. Bu hərtərəfli təşviq paketinin elektrikli avtomobil bazarını stimullaşdıracağı və dayanıqlı nəqliyyat məqsədlərinə töhfə verəcəyi gözlənilir.
Namiq Musayev
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












