İşğaldan azad edilmiş ərazilərdə yaradılan hospitalların sayı bilindi

İşğaldan azad olunmuş ərazilərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi əsasında yaradılan iki səhra tibb hospitalı və bir neçə tibb məntəqəsi hərbi qulluqçulara xidmət edir.
Bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
“Qırx dörd günlük Vətən müharibəsi zamanı dünyada tüğyan edən COVID-19 pandemiyası ilə də mübarizə apardığımızı unutmamalıyıq. Hərbi tibb müəssisələrinin mülki səhiyyə xəstəxanalarının Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən Müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması demək olar ki, qeydə alınmayıb. Hazırda hərbi qulluqçular hərbi tibb və mülki səhiyyə müəssisələrində müalicə alırlar. Tibb işçilərimiz yaralı hərbi qulluqçulara fasiləsiz və yüksək peşəkarlıqla xidmət göstərirlər. Azərbaycanın özəl səhiyyə xəstəxanaları, Səhiyyə Nazirliyinin, TƏBİB-in və digər silahlı birləşmələrin hərbi tibb xidmətləri göstərən müəssisələri bundan sonra da dəmir yumruq kimi birləşərək Vətənə və yaralı əsgərlərə xidmət edəcək”, - deyə o qeyd edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












