İsti havalarda bu əşyaları avtomobilinizdə saxlamayın – Təhlükəli ola bilər

Bəzi əşyalar var ki, isti havada avtomobilinizdə saxlamaq məsləhət görülmür.
Avtosfer.az xəbər verir ki, bu isti avqust günlərində maşınlarımız sözün əsl mənasında sobaya çevrilib. Yaddan çıxardığınız və ya avtomobildə qoyduğunuz bəzi əşyalar əslində böyük təhlükələrə səbəb ola bilər.

Mümkün risklərin qarşısını almaq üçün isti havada avtomobildə qoymamağınız lazım olan əşyalar:
- yemək və içkilər
- elektron cihazlar
- təzyiq qutuları
- dərmanlar
- plastik su qabları
- yemək və içkilər
Avtomobildə qalan yeməklər və içkilər yüksək temperaturdan xarab ola bilər.

ELEKTRON CİHAZLAR
Telefonlar, planşetlər, noutbuklar və digər elektron cihazlar həddindən artıq temperaturdan zədələnə bilər. Üstəlik, bu cür cihazların batareyaları da partlaya bilər.
TƏZYİQ QUTULARI
Havaların isti keçməsi dezodorant, saç spreyi, təmizlik məhsulları kimi məhsulların qutularının içərisində təzyiqin artmasına səbəb olur ki, bu da partlama riski yaradır.
DƏRMANLAR
Ən vacib maddələrdən birinə gəldik. İstiyə xüsusilə həssas olan dərmanlar keyfiyyətini və təsirini itirə bilər.
PLASTİK SU QABLARI
Plastik qabda yüksək temperaturlara məruz qaldıqda kimyəvi maddələr buraxa bilər. Plastik qabda suyun uzun müddət günəş şüalarına məruz qalması suyun qoxusunun və dadının dəyişməsinə səbəb ola bilər.
Mümkünsə, avtomobilinizi və onun içindəkilərini istidən və günəşdən qorumaq üçün kölgədə saxlayın.
Digər tərəfdən, əgər avtomobiliniz təhlükəsiz yerdədirsə pəncərələri bir qədər açıq qoyaraq da hava axını yarada bilərsiniz.
Namiq Musayev
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO










