Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün son gün

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə paytaxtda keçiriləcək klassik avtomobillərin yürüşü və sərgisinə qeydiyyatın başa çatmasına bir gün qalıb.
Artıq ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edə bilər. Klassik avtomobil sahibləri avqustun 15-dək AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295-01-00 nömrəsinə müraciət etməklə yürüşdə iştirak üçün qeydiyyatdan keçə bilərlər.
Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxt küçələri, Heydər Əliyev Mərkəzinin qarşısından keçməklə "Dreamland Golf Club"da başa çatacaq. Yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı, Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək.
Marşrutun sonunda "Dreamland Golf Club"da klassik avtomobillərin sərgisi keçiriləcək. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək.
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO










