“Lada”dan ucuz “Toyota” və “Jeep”

Bu günlərdə Rusiya saytları maraqlı bir müqayisə aparıb. Tədqiqatçılar “Lada Vesta” qiymətinə Qərb ölkələrində hansı avtomobili almaq mümkün olduğunu araşdırıblar.
Avtosfer.az xəbər verir ki, “Lada Vesta”nın ən yaxşı komplektləşdirilmiş versiyası Rusiyada təxminən 28 min dollardır. Bu qiymətə 118 at gücü mühərrik, avtomat və ya mexaniki ötürməli transmissiya ilə təchiz edilmiş maın əldə etmək mümkündür. Avtomobildə “Yandex” naviqasiya sistemi, 4 hava yastığı, dəri oturacaqlar, USB çıxışı mövcuddur.
ABŞ-də isə 22 min dollara son model “Toyota Corolla” almaq mümkündür. Bu maşın isə 169 at gücü mühərrik, variator ötürmə ilə təchiz edilib. Avtomobilin standart komplektasiyasında iqlim nəzarəti sistemi, 8 dyum ekranlı multimedia, 10 təhlükəsizlik yastığı, açarsız işəsalma sistemi mövcuddur. 3 min dollar əlavə ödənişlə 18 dyumluq disklər, idman tipli oturacaqlar və daha yaxşı audiosistem əldə etmək mümkündür.
26 min dollara “Jeep Compass”ın idman versiyası təklif edilir. 200 at gücü mühərrikə malik avtomobilin təchizatı “Toyota”dan geri qalmır.
Məlum olub ki, Almaniya və Fransada da “Vesta”dan daha ucuz qiymətə daha yaxşı maşın almaq mümkündür.
İşin iqtisadi tərəfi isə daha maraqlıdır. Yaponiyalı və amerikalı istehsalçılar ciddi rəqabət şəraitində işləyir. Rusiyadan fərqli olaraq burada istehsalçı zavoda xüsusi güzəştlər, dotasiya və digər yardımlar edilmir. Lakin həm “Toyota”, həm də “Jeep” düzgün iqtisadi sistem quraraq qlobal bazarda mövqeyini qoruya bilir. Rusiya isə avtomobil ixracına görə avtomobil sənayesinin tarixi 30 il olan Özbəkistanla belə rəqabət apara bilmir. ən əsası, bu araşdırma avtomobil jurnallarında sovet metodu ilə yazılmış sifarişli məqalələri, son model avtomobillərin “qüsurlarını” üzə çıxaran test sürüşlərini boşa çıxarır.
Vüqar
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI













