“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri ÇAĞIRIR

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” 2005-2013-cü illər arasında istehsal olunmuş 17 mindən çox “ML-Class”, “GL-Class” və “R-Class” avtomobillərini Avstraliyada mümkün əyləc nasazlığına görə geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin Avstraliya bölməsinin saytında dərc olunmuş bəyanatında deyilir. Qeyd edilir ki, geri çağırılan avtomobillərin sahiblərinə “əyləc gücləndiricisində mümkün nasazlıqlar səbəbindən nəqliyyat vasitələrini idarə etmək tövsiyə edilmir”. “Geri çağırılan bütün nəqliyyat vasitələrinin ən qısa zamanda texniki baxışdan keçirilməsini və bütün lazımi təmir işlərinin pulsuz həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə şirkət qeyd edib. Avstraliya hökuməti həmçinin bu modellərin bütün avtomobil sahiblərini “dərhal səlahiyyətli “Mercedes-Benz” servis mərkəzi ilə əlaqə saxlamağa və mümkün qədər tez yoxlama aparmağa” çağırıb.
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA











