“Mercedes-Benz” Aİ-nın emissiya hədəflərindən geri qalır

Avropanın avtomobil istehsalçıları arasında ancaq “Mercedes-Benz” Avropa İttifaqının (Aİ) 2025-2027-ci illər üçün nəzərdə tutulmuş karbon-dioksid (CO₂) emissiya hədəflərinə çata bilməmək riski ilə üzləşib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat və Ətraf Mühit Təşkilatının (Transport & Environment - T&E) hesabatında əksini tapıb.
Hesabata əsasən, “Mercedes-Benz” hər kilometr üçün təxminən 10 qram CO₂ emissiyası ilə hədəfdən kənarda qalacaq. BMW, “Renault”, “Stellantis” və “Volkswagen” isə hədəflərə çata biləcəklər. BMW 13 qram, “Stellantis” 9 qram, “Renault” isə 2 qram emissiya həcmi ilə hədəfdən aşağıdır. “Volkswagen”in göstəricisi müəyyən edilmiş hədəflə eyni səviyyədədir.
Tədqiqat göstərir ki, Avropanın avtomobil istehsalçıları 2025-ci ilin ilk yeddi ayında elektrikli avtomobillərin satışını 38 faiz artırıb. Lakin Aİ emissiya hədəflərini iki il uzatdığı üçün 2025-2027-ci illərdə 2 milyon az elektrikli avtomobilin satılacağı proqnozlaşdırılır.
Təşkilatın hesablamalarına əsasən, Avropa avtomobil bazarında elektrikli modellərin payının bu il 18 faiz, 2027-ci ildə 25 faiz, 2030-cu ildə 55 faizdən yuxarı olacağı gözlənilir. Batareya qiymətləri isə 2022-2025-ci illərdə 27 faiz, 2025-2027-ci illərdə isə əlavə 28 faiz azalacaq. Eyni zamanda, Aİ-nin əsas magistral yollarının 77 faizində enerjidoldurma infrastrukturu qurulub və bu göstərici üzv ölkələrdə cari il üçün tələb olunan səviyyəyə çatıb.
Tədqiqatda qeyd olunub ki, hədəflərin yumşaldılması Avropanın avtomobil sənayesini qlobal rəqabətdə geri sala bilər. Çünki Çin, Hindistan, Meksika, İndoneziya və Tailand kimi bazarlarda elektrikli avtomobillərin payı sürətlə artır. Çin bazarında isə 2025-ci ilin sonunadək elektrikli avtomobillərin payının 30 faizi keçəcəyi gözlənilir. Bu baxımdan Aİ-nin sərt hədəflərə riayət etməsi elektrikli avtomobil texnologiyasında Avropa sənayesinə qlobal rəqabətdə şans verəcək, hədəflərin yumşaldılması isə “Mercedes-Benz” kimi istehsalçıların geridə qalmasına səbəb ola bilər.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












