Mercedes-Maybach SL kabrioleti: ilk şəkil

Mercedes-Benz şirkəti Maybach xəttinin inkişafına daha çox diqqət yetirmək niyyətindədir və yaxın gələcəkdə bu emblem altında iki yeni model təqdim ediləcəkdir. Birinci model Mercedes-Maybach EQS SUV elektrik krossoveri, ikincisi isə Mercedes-Maybach SL kabrioletidir. Kabrioletin ilk tizeri bu yaxınlarda Mercedes-Benz Group’un baş dizayneri Qordon Vagener tərəfindən dərc edilib. Tizerdə avtomobilin ön hissəsini görünür: şəkildə firma barmaqlığı və çoxsaylı Maybach loqotipləri olan kapot təsvir olunub.
İki rəngli kuzovu və qeyri-adi dekorasiyası ilə seçilən dəbdəbəli Mercedes-Maybach SL kabrioleti brendin yeni strategiyasının bir hissəsi olacaqdır. Plana əsasən, şirkətin investisiyalarının 75 faizindən çoxunu ən bahalı və gəlirli seqmentlərin inkişafına yönəldəcəkdir - Mercedes-Benz şirkətində onları Top-End Luxury və Core Luxury adlandırırlar.
Mercedes-Maybach SL kabrioleti Top-End Luxury seqmentinə məxsusdur. Yeganə təsvirdən kabrioletin Maybach avtomobilləri üçün ənənəvi olan “zolaqlı” barmaqlığı, firma loqotiplərindən ibarət olan naxışlarla bəzədilmiş kapotu və çıxıntılı emblemi alacağı görünür.
Dəbdəbəli kabrioletin texniki “içalatı” haqqında yalnız mülahizə yürütmək olar. Fikrimizcə, ən uyğun variant, Mercedes-AMG SL 63 modelində 585 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrikidir.
Mercedes-AMG, Mercedes-Maybach və G-Class xətlərinin inkişafı ilə yanaşı, yeni plana seriya modellərinin xüsusi versiyalarının yaradılması, habelə eksklüziv Mythos seriyasından olan kolleksiya avtomobillərinin buraxılması da daxildir.
Birinci yanaşmaya misal kimi, interyeri süni xəz və dəbdəbəli iplikdən hazırlanmış bukle parçası ilə üzlənmiş dəbdəbəli Mercedes-Maybach Haute Voiture sedanını göstərmək olar. Mythos brendi altında debüt edəcək ilk model isə, Mercedes-AMG SL bazasında inşa edilmiş spidster olacaqdır. (Autograph)
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










