Mis oğruları elektromobil sürücüləri üçün başağrısına çevrildi

Almaniya elektrikdoldurma stansiyalarının operatorları ciddi problemlə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, mis oğruları onları hər ay ciddi zərərə salırlar. Bəzi günlərdə 70-dən çox məntəqədə doldurma avadanlıqları dağıdılıb. Oğruları ən çox doldurma avadanlığının kabelləri maraqlandırır. Bu kabellər xalis misdən olduğu çün metal qəbulu məntəqələrində tez alınır.
Almaniyada metal tullantısı kimi misin 1 kiloqramı təxminən 40 avrodur. Lakin bu cür qeyri-leqal yolla metal əldə edənlər onu yarı qiymətinə satırlar. Doldurma məntəqələri yeni ehtiyat hissə sifariş verib təmiri başa çatdıranadək bir neçə gün keçir və şirkətlər ziyana düşür. Təmir briqadaları işləri icra edib çatdıra bilmir.
Oğurluq elektromobil sahibləri üçün də problem yaradır. Onlar adətən evlərinə və iş yerlərinə yaxın yerlərdə doldurma apardıqları üçün çox vaxt planları pozulur, başqa məntəqələrə üz tutmalı olurlar.
Elektrikdoldurma stansiyalarının operatorları məntəqələrə müşahidə kameraları qoyulmasını təklif ediblər.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












