Niyə dizel maşın sürənlər onu tezliklə əldən çıxartmağa çalışır?

Azərbaycanda dizel mühərrikli avtomobillərə maraq kəskin azalıb.
Avtosfer.az xəbər verir ki, dizelin qiymətinin artmasından sonra bu mühərrikli avtomobillərin satışı zəifləyib. Bunu bazarda alverlə məşğul olanlar da təsdiqləyir.
Artıq Koreyadan gətirilən dizel mühərrikli avtomobillərə də maraq qalmayıb. Bu həm dizelin qiymətinin artması, həm də Koreyadan gətirilən işlənmiş avtomobillərin çoxunun yürüşünün çəkilməsi ilə əlaqəlidir.
Bundan başqa, dünyanın bir çox ölkələrində artıq sürücülər elektromobillərə və hibrid avtomobillərə keçid edirlər. Ekologiyanın da qorunması ilə əlaqədar görülən tədbirləri nəzərə alsaq artıq çox adam dizel avtomobillərin qadağan olunacağını iddia edir. Bu səbəbdən də çox adam bu tipli qərarlara qədər dizel mühərrikli maşınları əldən çıxartmağa çalışır.
Qeyd edək ki, 2035-ci ildən sonra Avropada dizel və sırf benzin mühərrikli avtomobillərin istehsalı qadağan ediləcək.
(milli.az)
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












