Ölkədə minik avtomobillərinin sayı 1,5 milyonu keçdi

2024-cü ilin sonunda Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 585 min 265 ədədə çatıb ki, bu da ötən illə müqayisədə 83 min 308 ədəd və ya 5,5% artım deməkdir.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Rəqəmlər avtomobil parkında həm cavanlaşma, həm də qocalma tendensiyası eyni anda davam etdiyini göstərir. Ən kəskin artım yaşı 5 ilə qədər olan ən yeni avtomobillərin sayında qeydə alınıb. Belə ki, bu avtomobillərin sayı il ərzində 19,999 ədəd (24,4%) artaraq 81,809-dan 101,808-ə yüksəlib.
Bununla yanaşı, ölkənin avtomobil parkının əsas hissəsini təşkil edən köhnə avtomobillərin sayı da artmaqda davam edir. Yaşı 20 ildən yuxarı olan avtomobillər 37 min 90 ədəd (5,6%) artaraq 701 min 242-yə çatıb və bu, ən böyük say olaraq qalır. Eyni zamanda, yaşı 10 ildən 20 ilədək olan avtomobillərin sayı da 636 min 821-ə bərabər olub ki, bu da illik 33,309 ədəd (5,5%) çoxdur.
Maraqlı məqam isə yaşı 5 ildən 10 ilə qədər olan avtomobillərin sayında azalmanın qeydə alınmasıdır. Bu kateqoriyadakı avtomobillərin sayı il ərzində 7,090 ədəd (4,6%) azalaraq 152 min 484-dən 145 min 394-ə enib.
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır












