Özünü maşınlara çırpıb pul qazanan ağsaqqal belə ifşa edildi – FOTO-VİDEO

Bakıda özünü maşınların qarşısına atan, maşınlara sürtünüb qəza görüntüsü yaradaraq pul qazanan ağsaqqal kişi ifşa edilib. Avtosfer.az xəbər verir ki, bu barədə fotonu hüquqşünas Mehman Muradlı paylaşıb. O bildirib ki, həmin şəxs bu yolla pul qazanır: “Tanış olun. Abdulov Mahir. Özünü avtomobillərə çırpır və sonra sürücünü şərləyir”.
Avtosfer.az-ın əldə etdiyi videodan da aydın olur ki, Mahir Abdulov özünü sonuncu dəfə “Toyota Prius” markalı, 77-DS-307 dövlət nömrə nişanlı avtomobilə çırpıraq sürücünü şərləməyə çalışıb. Belə ki, maşının önündən keçən piyada daha sonra özünü qapıya çırparaq yerə yıxılıb. Sonra isə guya sürücünün onu maşınla vurduğunu deyərək maşına oturub. Beləcə, bazarlıq başlayıb. O, sürücüdən pul istəyərək şikayətçi olmayacağını bildirib. Sürücü polisə şikayət edəndən sonra işin üstü açılıb. Məlum olub ki, Mahir Abdulov bu yolla bir neçə sürücünü şərləyib və pul alıb.
Hazırda araşdırmalar davam edir:
Elmin
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!















