Paytaxtda dələduz inanılmaz üsulla taksi sürücüsünün pulunu aldı - TƏFƏRRÜAT

Bakıda taksi sürücüsü başına gələn hadisəni sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Avtosfer.az xəbər verir ki, sürücü Nərimanov rayonu ərazisində sifariş götürüb. Müştəri səliqəli geyimli, mədəni görkəmli biri olub. Yol boyu telefonda kiməsə pul göndərmək barədə danışıb. Bəkir Çobanzadə küçəsində müştəri maşından düşüb və sürücüyə gözləməyi xahiş edib. Bir müddət sonra isə yaxınlıqda bankomat olub-olmamasını soruşub. Sürücü ən yaxın bankomatın 15-20 dəqiqə məsafədə olduğunu bildirib. Müştəri təklif edib ki, əgər sürücünün üzərində pul varsa onun kartına 100 manat gpndərsin və bankomata çatıan kimi pulu çıxardıb verəcək. Sürücü müştərinin səliqəli geyiminə, mədəni davranışına aldanaraq pulu onun kartına göndərib. Dələduz isə maşından düşərək "indi gəlirəm" deyib və geri qayıtmayıb.
Qeyd edək ki, son zamanlar ən müxtəlif üsullarla dələduzluq halları artıb. Odur ki, vətəndaşlar diqqətli olsunlar.
Yunis
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR












