Polis Tesla Cybertruck sahibinin arzusunu gözündə qoydu

Tesla Cybertruck elektromobilinin yükgötürmə qabiliyyəti və çevikliyi hamıya məlumdur. Bu maşını gündəlik minik avtomobili kimi istifadə edənlər də az deyil. Lakin bu pikapı hər ölkədə istismar etmək mümkün deyil.
Avtosfer.az xəbər verir ki, sözügedən modelə Avropada da ciddi maraq olsa da, dilerlər onu gətirmirlər. Səbəb maşının Avropada sertifikasiyadan keçməməsidir. Tesla Cybertruck Avropanın təhlükəsizlik normalarına, xüsusən də piyadalarla bağlı normalara cavab vermədiyi üçün onun köhnə qitədə istismarı mümkün deyil. Maşıb ABŞ-da sertifikasiyadan keçib, lakin bu sertifikatlaşmanın bir çox parametri Avropaya uyğun deyil.
Bununla belə, maşını ABŞ-dan sifariş edənlər də tapılır. Bu günlərdə bir Brüssel sakininin sifarişlə gətizdirdiyi Tesla Cybertruck modeli ölkədə əks-səda doğurub. Maşın əhalidə ciddi maraq doğurub, sahibi onu dost-tanışa göstərib. Lakin bu lovğalığın ömrü cəmi 3 gün çəkib.
Brüssel sakini maşını sənədləşdirmək istədikdə polisdən imtina cavabı alıb. Maşın Aİ-də sertifikatlaşmadığı üçün o, nömrə və qeydiyyat şəhadətnaməsi ala bilməyib. Polisdən bildirilib ki, bu maşını ümumi istifadədə olan yollarda sürməyə icazə verilmir. Həyətyanı sahədə sürməyə isə heç bir qadağa yoxdur. Növbəti dəfə yolda görüldüyü təqdirdə elektromobil cərimə meydançasına qoyulacaq.
İndi sürücünün 2 seçimi var: ya modelin Avropada sertifikatlaşmasını gözləmək, ya da onu Avropadan kənara satmaq.
Vüqar Yaşaroğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












