Qadın satdığı maşını oğurladı

Moskvada bir qadın BMW markalı avtomobilini beş milyon rubla (140 935 manata) satıb, bir gün sonra isə əlaltıları ilə birlikdə avtomobil oğurlayıb.
Avtosfer.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hadisə ilə bağlı 4 nəfər, o cümlədən maşını qaçıran şəxs saxlanılıb.
Alıcı “Telegram”da xarici avtomobilin satışı ilə bağlı elan tapıb, burada 2021-ci ildə buraxılan “BMW 630d xDrive”nin beş milyon rubla satışa qoyulub. Belə bir təklif kişinin xoşuna gəlib, o, sahibi ilə - 36 yaşlı Yekaterina İ. ilə görüşə gedib və alqı-satqı müqaviləsi bağlanıb. Yeni sahib BMW-ni bir gün sonra avtomobilin oğurlandığı Şukinodakı həyətində saxlayıb. Oğurluqdan sonra asayiş keşikçiləri dərhal bu hadisəni törədənləri yaxalaya biliblər.
Qadın şərikləri ilə birlikdə - tibb fakültəsinin tələbəsi olan bacısı və iki işsiz kişi tanışı ilə hərəkət edib . İndi dördü də saxlanılıb, maşın hələ tapılmayıb. İddialara görə, BMW sonuncu dəfə Moskva dairəvi yolunda, Volokolamsk şossesi yaxınlığında görünüb.
lent.az
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












