Radar az idi, xəbərçi avtomobillər peyda oldu

Səyyar və stasionar radarlar, qayda pozuntularını qeydə alıb ictimailəşdirən bloqerlər, avtomobil saytları, təhlükəsizlik kameraları və s. Dünyanın hər yerində sürücülər bunlara niftər etsələr də, onların varlığı ilə barışmalı olublar. İndi isə bunların sıralarına bir başqası əlavə olunur.
Avtosfer.az xəbər verir ki, Ford şirkəti ABŞ-də yeni sistemi patentləşdirib. Avtomobildə quraşdırılan radar sürət həddini aşan digər nəqliyyat vasitələrini qeydə alaraq sürücüyə və polisə ötürür. Sürücü prosesə nəzarət edə bilmir.
Sistem hələlik xidməti avtomobillərin pozduğu qaydaları qeydə alır. Lakin gələcəkdə onun kütləviləşməsi istisna edilmir.
Ford hesab edir ki, bu sistem polisin işini asanlaşdıracaq, çox sayda polis kontingentini saxlamağa zərurət olmayacaq.
Bu cür avtomobillərin başqa ölkələrdə də istifadəsi maraq doğurur. Lakin bir çox ölkədə bu sistemin tətbiqi üçün qanunvericilik dəyişməlidir.
Vüqar
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












