Rauf: Bağışlayan, acıyan, çox mərhəmətli - Qənirə Paşayeva yazır

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Rauf Məsimovdan yazdı.
Şəhid Rauf Qafar oğlu Məsimov – 22 iyun 1992-ci ildə Tovuzun Çatax kəndində doğulub. Şəhid Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini Salyan rayonu ərazisindəki “N” saylı hərbi hissədə keçən Rauf, hərbi xidmətdən qayıtdıqdan sonra ticarətlə məşğul olub. Azərbaycan Böyük Vətən Müharibəsi başlayan zaman Rauf könüllü müraciəti əsasında öncəbhəyə cəlb olunub, döyüşlərdə iştirak edib. O, müharibənin ilk günlərində, Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Şanlı Azərbaycan Ordusunun Füzuli istiqamətindəki uğurundan sonra Cəbrayıl, Zəngilan və ən son olaraq, Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən Raufun döyüşçü yoldaşları onun xüsusi fəallığından, vətənpərvərliyindən qardaş məhəbbəti ilə danışır.
Raufun doğmaları ilə son telefon danışığı 2020-ci ilin 8 noyabrında olub. Son sözləri “Yaxşıyam, məndən nigaran olmayın” olub... Şuşa azad olunduqdan bir gün sonra, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə Şəhid olub Rauf. Səhidimizin nəşi doğulub boya başa çatdığı Catax kəndində, 21 noyabr 2020-ci ildə torpağa tapşırılıb...
Rauf isminin anlamı “Bağışlayan, acıyan, çox mərhəmətli”dir. Rauf Qafar oğlu Məsimov öz ömrünü Vətəninə, dövlətinə, xalqına bağışladı. O, işğalın ağır nəticələrindən əziyyət çəkən həmvətənlərinə acıdı, qüruruna sığışdırmadı işğal faktını. O, günahsız qanlar tökən işğalçı düşmənə qarşı amansız, amma öz silah və səngər yoldaşlarına, özündən cavanlara, hansısa yardıma ehtiyacı olanlara qarşı çox mərhəmətli olub.
Beləliklə, bir Vətən oğlu da öz gənc ömrünü Azərbaycanın ömrünə qatdı, Azərbaycanımızın canına can qatdı.
Şəhidlər ölməz, Vətən bölünməz! – Bu sözlərin hikmətini şəhidlərimizin həyat yolunu öyrəndikcə, onların doğmaları ilə danışdıqca daha dərindən anlayırıq! Anlayırıq ki, bu sözlər sadəcə bir şüar deyil, bu sözlərdə pafos yoxdur, burada dərinlik var, üfüq var, üfüq ötəsi var...
VƏTƏN SAĞ OLSUN!
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?










