Səbaildə sərxoş halda maşın sürən şəxs polisdən qaçmağa çalışdı; həbs edildi - FOTO

Paytaxtın Səbail rayonu ərazisində avtomobili sərxoş halda idarə edən sürücü saxlanılıb.
Oktyabrın 21-də saat 1 radələrində Səbail rayonu, Badamdar qəsəbəsində “Chevrolet” markalı 77-AR-731 dövlət qeydiyyat nişanlı avtomobilə “saxla” işarəsi verilib. Avtosfer.az xəbər verir ki, sürücü Kamran Məmmədov hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozduğu üçün həmin ərazidə xidmət aparan Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən dayandırılıb.
Yoxlama zamanı sürücünün sərxoş olması müəyyən edilib, sürücü inzibati məsuliyyətdən yayınmaq üçün avtomobildən düşərək qaçmağa çalışıb. Lakin polis əməkdaşları sürücünü saxlayıb. Bu zaman Kamran Məmmədov polisin qanuni tələbinə tabe olmayıb.
Onun barəsində toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Kamran Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Emin
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
















