Şəhid Arəstə Baxışovanın ailəsi sosial dəstəklə əhatə olunub - FOTO

Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan Arəstə Baxışovanın ailəsi də sosial dəstəklə əhatə olunub. Avtosfer.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailə ilə görüşüb, vəziyyəti ilə tanış olub və göstəriləcək dəstək istiqamətlərini müəyyən ediblər.
Ailə 7 nəfərdən ibarətdir (Şəhidin 2 övladı, anası, qardaşı, qardaşının yoldaşı və iki uşağı). Şəhidin anası və qardaşı işləyirlər, birgə əməkhaqları 800 manatdır.
Ehtiyac meyarları nəzərə alınaraq və müraciət olunmasına texniki dəstək göstərilməklə, ailəyə aylıq 400 manat ünvanlı yardım təyin edilib.
Şəhidin 9 və 12 yaşlarında iki övladı – Mərdan və Zəhra rəsmi olaraq artıq nənələrinin himayəsinə verilib. Bununla əlaqədar nənə qəyyum kimi aylıq müavinət (100 manat) alacaq.
Habelə ailəyə dəfn birdəfəlik müavinət (300 manat) veriləcək. Bununla yanaşı ailənin Prezidentin aylıq təqaüdü (300 manat), şəhidin hər uşağına aylıq müavinət, ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və s. xərclər üçün aylıq müavinətlə təmin edilməsi istiqamətində sənədləşmə işləri yekunlaşmaq üzrədir.

Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?










