Şəhid Məhəmməd Osmanovun son arzusu: “Oğlumun adını Xalid qoyun” - VİDEO

Ömürünün 26-cı baharında canını vətənə fəda edən qəhrəmanlardan biri də Məhəmməd Osmanovdur.
M.Osmanov Ağdaş rayonunun Ərəbocaq kəndində doğulub. Onun uşaq yaşlarından hərbə böyük marağı olub.
Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qoşulub. İki il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edib. Ən böyük arzusu da torpaqlarımızın düşmən tapdağından azad edilməsi olub.
Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə sentyabrın 29-da Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 4-də yaşadığı Ərəbocaq kəndində torpağa tapşırılıb.
Şəhidimizin atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, oğluna dəfələrlə başqa sahədə çalışmağı təklif etsə də, M.Osmanov atasına məhəl qoymadan müddətdən artıq hərbçi kimi çalışıb.
Şərəfli döyüş yolu keçən Məhəmməd Osmanovdan geriyə qalan tək unudulmayacaq xatirələri deyil. Tezliklə onun ailəsində oğlu dünyaya göz açacaq və şəhid atasının arzusuyla dünyaya gələcək körpəyə Xalid adı veriləcək.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












