Şirkətlər avtomobillərini niyə geri çağırır? - AÇIQLAMA

Bəzən hansısa avtomobil şirkəti minlərlə avtomobilini geri çağırmalı olur.
Bəs bu kimi hallar əsasən hansı səbəblərdən qaynaqlanır? Avtomobil şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri də satdıqları maşınları geri çağırıblarmı?
Avtosfer.az xəbər verir ki, bununla bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "redaktor.az"a açıqlamasında buna səbəb ola bilən məsələləri qeyd etdi:
"Avtomobilin istismarı zamanı hər hansısa bir nasazlıq meydana çıxdığı təqdirdə və bu, kütləvi hal aldıqda avtomobil şirkəti müəyyən qüsurları olan avtomobilləri rəsmi diler mərkəzlərinə dəvət edir ki, həmin defektli məsələlər aradan qaldırılsın. Belə olan halda elan verilir və hansı ölkə üçün istehsal olunubsa, həmin nəqliyyat vasitələrinin sürücülərindən xahiş olunur ki, diler mərkəzlərinə yaxınlaşsınlar və orada həmin nasazlıqlar istehsalçının hesabına aradan qaldırılsın. Bu zaman avtomobilin sahibi hər hansı bir ödəniş etmir".

Ekspertin sözlərinə görə, Azərbaycanda da bu hadisə bir neçə dəfə olub:
"Belə ki, Avropa seqmentinə aid olan nəqliyyat vasitələrində nasazlıq yaranıb, şirkətlər bunu elan ediblər. Bu zaman həmin avtomobil sahibləri şirkətin ölkəmizdə olan dilerlərinə müraciət ediblər".
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












