"Skoda"nın yeni modeli: Plastik şüşə və paltarlardan, balıq torları və parça qırıntılarından...

"Skoda" Çexiya brendinin ən sərfəli elektrik yolsuzluq avtomobili olacaq "Elroq" krossoverinin premyera tarixini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, modelin təqdimatı oktyabrın 1-də Praqanın mərkəzində baş tutacaq.
Modelin texniki xüsusiyyətləri artıq məlumdur. Model 55-63 kVt/saat tutumlu akkumulyatorlarla 4 versiyada təqdim olunacaq. Arxa ötürücülü versiyalar 170-dən 286 atgücünə qədər gücə malik elektrik mühərrikli olacaq. Üst tam ötürücülü versiya 299 at gücünə malikdir, bu krossover 180 km/saat sürət yığa bilir və tək yüklənmədə məsafə 560 km-ə çatır.
"Elroq" alıcıları 4 interyer dizayn variantından birini seçə biləcəklər - "Studio", "Loft", "Lodge" və "Suite". Məsələn, "Loft" versiyasında daxili bəzək 78% təkrar emal edilmiş plastik şüşə və paltarlardan ibarət materialdan hazırlanacaq. "Lodge" dizaynında 75% köhnə balıq torları və parça qırıntılarından ibarət materialdan istifadə edilir.
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi












