Slovakiyada uçan avtomobil uğurla sınaqdan keçirilib

Slovakiya istehsalı olan “AirCar” markalı uçan avtomobilin prototipi ilk uçuşunu uğurla keçirib.
Aeromobil Nitra və Bratislava hava limanları arasında 80 kilometr məsafəni 25 dəqiqəyə qət edib. Layihə rəhbəri və avtomobil dizayneri Ştefan Klayn bildirib ki, saatda 170 kilometr/saat ortalama sürətlə uçan nəqliyyat vasitəsi mənzil başına avtomobillərlə müqayisədə üç dəfə tez çatıb.
Qeyd edilib ki, “AirCar” yüksək səviyyədə inkişaf etmiş avtomobil yolları şəbəkəsinə malik Mərkəzi Avropadan daha çox nəqliyyat infrastrukturu zəif ölkə və regionlar üçün nəzərdə tutulur.
TASR agentliyinin məlumatına əsasən, Ş.Klayn Slovakiyanın başqa bir uçan nəqliyyat vasitəsinin də konstruksiyasında aparıcı rol oynayıb. “Aeromobil” adlanan həmin uçan maşınla müqayisədə “AirCar” bir sıra texniki üstünlüklərə malikdir və uçan aparatdan avtomobilə çevrilməsi də qısa müddətdə başa çatır. O bildirib ki, 2,5 dəqiqə ərzində uçan avtomobilin qanadları yığıla bilir və ondan yol nəqliyyatında avtomobil kimi istifadə etmək mümkün olur.
“AirCar” nə vaxt kütləvi istehsala hazır olacağına dair hələlik məlumat verilməyib. Bildirilib ki, minik vasitəsi 50 saatlıq icbari test uçuşlarını başa vurmalıdır. Daha sonra Ş.Klayn yenilənmiş dizayn və daha güclü mühərrikə malik ikinci prototipi hazırlamaq niyyətindədir. Məhz ikinci prototipin Avropa Hava Nəqliyyatında Təhlükəsizlik Agentliyinə (EASA) sertifikatlaşma üçün təqdim ediləcəyi gözlənilir.///AZƏRTAC
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












