"Söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız, elə də oldu...” - FOTO

Xaçmazın Canaxır kəndindən olan 24 yaşlı Rahim Sərdarlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb.
AZƏRTAC xəbər verir ki, Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək könüllü kimi qeydiyyata alınıb.
Vətən Müharibəsinə sentyabrın 29-dan qoşulub. Rahim Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərində fəal iştirak edib. Şuşa uğrunda savaşda isə qəhrəmancasına şəhid olub.
Şəhidin atası Rafiq Məmmədov bildirir ki, oğlu Rahimin kənddə, dost-tanışları arasında böyük hörməti var idi. “Rahim fikirləşirdi ki, Vətən müharibəsində mütləq ön cəbhədə olmalıdır. Bu kənddən bir şəhid, bir qazi olacaq onun adı həmin sırada səslənməlidir.
Telefonla danışırdıq. Bizə ürək-dirək verirdi. Deyirdi ki, düşmənin belini qırmışıq. Tezliklə qələbə qazanacağıq. Sağ-salamat qayıdıb gələcəyəm. Elimə qəhrəman kimi qayıdacağam”, - deyə Rafiq Məmmədov söyləyib.
Rahim Sərdarlı bu il Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq çoxdan arzusunda olduğu tələbə adını qazanmışdı.
Anası Esmira Məmmədova bildirir ki, Rahim onları yox, Vətəni seçdi:
“O, bizim yox, Vətənin övladı oldu. Elə uşaqlıqdan təşəbbüskar, öndə olmağı istəyən idi. Onun haqqında ancaq xoş sözlər danışmaq olar. Mənim qəhrəman balam. Toyuna hazırlaşırdıq...”
“Mənə söz vermişdi ki, qayıdacaq. Deyirdi heç narahat olmayın, getdiyim kimi də gələcəyəm. Nişanlısına da söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız. Elə də oldu. Qəhrəman qardaşımla fəxr edirəm”, - deyə Rahimin bacısı Mələk Məmmədova söyləyib.
Şəhidin əmisi oğlu Rəşad Məmmədov Rahimin Aprel döyüşlərinin də fəal iştirakçısı olduğunu bildirib.
Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib.
Noyabrın 8-də Şuşa azad olunan gün Rahimin ailəsinə şəhid olması barədə məlumat verilib.
Vətən Müharibəsinin qəhrəman şəhidi doğulub boya başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub.
Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər
Maşında kondisionerin xarab olduğunu GÖSTƏRƏN 5 ƏLAMƏT
Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”










