Sürəti 50 km-dən çox olan nəqliyyat vasitələrinə nömrə veriləcək - VİDEO

Minik avtomobillərinin sürücüləri motosiklet, moped və bu kimi nəqliyyat vasitələrini idarə edənlərin əlindən təngə gəldiklərini deyirlər.
Xezerxeber.az-ın məlumatına görə, onlar həmin nəqliyyat vasitələrinin əksər sürücülərinin harada gəldi, necə gəldi qayda pozduqlarını bildirirlər.
Xüsusilə də paytaxt Bakıda gündən-günə artan moped və motosiklet sürücüləri isə tam əksini düşünürlər. Onlar günahın əsasən avtomobil sürücülərində olduğunu deyirlər.
Əsasən şəhərdaxili çatdırılma xidmətində istifadə olunan bu nəqliyyat vasitələrinin bir çoxu nömrəsiz idarə edilir. Bu isə qayda pozuntusu zamanı onların qeydə alınmasını çətinləşdirir.
Amma bu problemin həlli üçün "Yol hərəkəti haqqında" qanuna dəyşiklik edilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı danışan ekspert Elməddin Muradlı deyir ki, maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif olunur.
Təklif edilən digər bir dəyişiklik isə dayanma-durmaya görə yazılan cərimələrlə bağlıdır. Dayanma və ya durma qaydalarının pozulması hallarının foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınması təklif edilir. Təklif qəbul edilərsə, indiyə qədər müəyyən mübahisə yaradan BNA-nın yazdığı cərimələr qanunda tam əksini tapmış olacaq. İlk oxunuşdan keçən dəyişiklik təklifləri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











