Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.
Bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub:
“İndi əsas hədəfimiz Şuşa şəhərini də ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Dağ və meşəlik, həmçinin, çətin relyefli ərazilər olmasına baxmayaraq, “Azərişıq” ASC əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür.
Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardıR. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir.
Mümkün olan ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq.
Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC Dövlət başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək”.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO












