Taksi sürücülərinin narazı olduqları avtobus zolağı: Sərnişin düşürə bilmirlər – AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində çəkilən avtobus zolağı ilə bağlı görüntülər yayılıb. Videonu çəkən şəxs bildirir ki, taksi sürücüləri avtobus zolağına daxil ola bilmədiyindən sərnişini yolun hərəkət hissəsində düşürməyə məcbur qalırlar.
Elə digər taksi sürücüləri də bundan narazılıq edir.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, avtobus xətləri çəkilərlən bu kimi məqamlar nəzərə alınmalıdır. Zolağın hansı hissələrində giriş-çıxış xətlərinin çəkilməsi isə yüksək dəqiqiliklə hesablanmalıdır. Bundan əlavə taksilərlə bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilə bilər.
Məsələ ilə əlaqədar Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişin daşımalarının böyük hissəsi avtobuslarla həyata keçirildiyindən, avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır.
Qurumdan o da bildirilib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.
Daha ətraflı videomaterialda.
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO










