Təkər və tormoza görə standartlar gəlir: Avro 7 nədir?

Təzə avtomobillə səhiyyə arasında əlaqə. Hörmətli oxucu haqlı olaraq sual verə bilər: nə dəxli var?
Cavab birmənalıdır: dəxli var, həm də çox böyük miqdarda.
Avtosfer.az xəbər verir ki, 2025-ci ildə qüvvəyə minəcək Avro-7 normaları adi avtomobillərlə yanaşı elektromobillərə də şamil ediləcək. Bəs yanma prosesi getməyən mühərrikə nə ekoloji norma?
Söhbət başqa detallardan gedir. Əgər indiyədək ekoloji normalar yalnız mühərrikə aid idisə, Avro-7 standartında təkər və tormoz sisteminə də tələb dəyişir. Yeni qaydaya görə, təkərlər daha davamlı materialdan hazırlanmalı, aşınma zamanı təbiətə daha az rezin hissəçiklər atılmalıdır.
Əyləc sisteminin xüsusi filtrlərə təmin olunması, tormozlama zamanı yaranan zərərli hissəciklərin (yonqar) 27% azaldılması tələb olunur.
Elektromoillərə gəldikdə isə, batareyaların ilk 5 il və ya 100 000 kilometrdə resursunun 80%-dən çoxunu, 5-8 ildə isə (160 000 km) 70-80%-ni saxlaması tələb olunur. Bütün bunlar avtomobilin maya dəyərini ciddi şəkildə artırmadan baş verməlidir.
Avropanın elmi-tədqiqat institutlarının fikrincə, Avro-7 standartları üçün xərclənən hər 1 avro səhiyyə və ətraf mühitin mühafizəsində 5 avro qənaətə imkan verir.
Vüqar
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










