Təkərlər niyə tez boşalır?

15-20 il əvvəllə nisbətən indi dünyada əksər sürücülər təkərlərin daha tez boşaldığını və ya zədələndiyini bildirirlər. Bəs bu iddia nə dərəcədə doğrudur?
Avtosfer.az xəbər verir ki, son 10 ildə istehsalçılar təkər və disklərin dizaynına xüsusi diqqət yetirm\əyə başlayıblar. Səbəb alıcıların avtomobilin texniki xüsusiyyətlərindən daha çox təkərə əhəmiyyət verməsidir (elə Azərbaycanda da satışa maşın çıxaran şəxsin ilk işi təkəri qaraltmaq olur – müəl.).
Bu səbəbdən son illərdə 18 və 20 dyümlük disk və şinləri olan avtomobillərin sayı artır. Bu tip şinlər isə bir qayda olaraq aşağı profilli olur. Onlar ilk olaraq xüsusi hazırlanmış yollarda hərəkət edən idman avtomobilləri üçün hazırlanmışdı. Enli təkər yaxşı yol tutumu və effektli tormozlama anlamına gəlir. Lakin hər yerdə yox.
Dünyanın əksər hissəsində yollar arzuolunan vəziyyətdə deyil. Enli təkərlər isə yola çox həssasdır. Hansısa çala, yaxud kiçik zərbə zamanı bu təkərlər diskdən aralana və boşala bilir.
Bəzi sürücülər problemi “həll etmək” üçün şinlərə normadan artıq hava vururlar. Bu isə təkərin yolla kontaktını pisləşdirir, asqının detallarını korlayır.
Vaxtaşırı rast gəlinən hallardan biri də budur ki, sürücülər istehsalçının quraşdırdığı təkərləri daha enli və aşağı profilli təkərlə əvəzləyirlər. Bu da avtomobilin konstruktiv xüsusiyyətlərinə uyğun gəlmədiyi üçün risklidir.
Qızıl qayda isə bundan ibarətdir ki, alçaq profilli təkərlər ideal yolları olan ölkələr üçündür. Bu da nəinki Şərqdə, heç Avropa ölkələrinin çoxunda yoxdur.
Vüqar
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir











