"Tesla" ABŞ-dən avtomobillərini geri çağırdı

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla", arxa görünüş kamerasındakı problemə görə təxminən 240 min avtomobili geri çağırdı.
Avtosfer.az “redaktor.az”a istinadən xəbər verir ki, ABŞ Milli Avtomobil Yollarında Təhlükəsizlik İdarəsinin (NHTSA) açıqlamasına əsasən, "Tesla" 2024-2025 Model 3 və Model S, 2023-2025 Model X və 2023-2025 Model Y avtomobillərini geri çağırıb.
Açıqlamada, bəzi avtomobillərdə kompüter lövhəsinin qısa qapanma yarada biləcəyi və bunun nəticəsində arxa görünüş kamerasının görüntüsünün yoxa çıxacağı bildirilib. Bu problemin sürücülərin arxa görüntüsünü məhdudlaşdıraraq qəza riskini artırdığı vurğulanıb.
Geri çağırılmadan təsirlənən potensial avtomobillərin sayının 239 min 382 olduğu qeyd edilib. Tesla problemin həlli üçün uzaqdan tətbiq oluna biləcək bir proqram yeniləməsini pulsuz yayımlayıb.
Açıqlamada həmçinin Tesla-nın nasazlıq riski olan və ya nasaz olan bütün avtomobilləri müəyyən edəcəyi və bu kompüterlərin pulsuz dəyişdiriləcəyi bildirilib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












