Təzə maşınla xəttə qoşulub köhnə maşınla taksi sürənlərin DİQQƏTİNƏ – 75 nəfər qovuldu - FOTO

Taksi şirkətləri sifariş edilən və ünvana gələn taksilərin fərqli olmasının qarşısını almaq üçün yeni kampaniyaya start veriblər. Belə ki, taksi şirkətləri bu cür məlumatlar barədə şirkətə məlumat verən müştirələrə endirim tətbiq edəcəklər. Avtosfer.az xəbər verir ki, şirkətlərin məlumatına görə, sifariş zamanı tətbiqdə göstəriləndən fərqli avtomobil gələrsə, müştəri dərhal sifarişdən imtina edə və gələn avtomobilin şəklini çəkərək şirkətin dəstək xidmətinə göndərə bilərlər. Bu zaman taksi şirkətləri həmin müştəri üçün yeni taksi sifarişinə 50 faiz endirim tətbiq edəcəklər.

Qeyd edək ki, AYNA da bir neçə dəfə sərnişinlərə müraciət edərək taksi sahəsində qarşılaşdıqları neqativ hallarla bağlı məlumat vermələri barədə çağırış edib. Qurumdan bildirilib ki, taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır, neqativ halların qarşısının alınması üçün tədbir görülür. Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı tərəfimizdən taksi sifarişi operatorları ilə görüşlər keçirilib. Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb.

Vətəndaşlardan daxil olan müraciətlər əsasında ümumilikdə 75 nəqliyyat vasitəsi daşımalardan kənarlaşdırılıb.
Qeyd edək ki, son zamanlar sifariş verilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı halların artm ası müşahidə edilir.
Bu məsələdə yalnız tənzimləyici orqan deyil, taksi sifarişi opertaorları və sərnişinlər də ictimai nəzarəti həyata keçirməli, sərnişin məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üçün məlumatlandırmanı birgə aparmalıdırlar.
Könül
Azərbaycanda bu maşınlara tələbat artdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO














