"Toyota Gəncə Mərkəzi" mükafatlandırılıb - FOTO

Avtoxəbər 14 Avqust 2024 12:04 Oxunub 206
"Toyota Gəncə Mərkəzi" mükafatlandırılıb  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Toyota” 2024 Olimpiya və Paralimpiya oyunları fonunda ən yaxşı performans göstərən 46 rəsmi dileri təbrik edib.
- Bundan əlavə, beş diler “Sabahın Ön xətti”, “Müştəri Mükəmməlliyi”, “Seçilən İşəgötürən”, “Cəmiyyətə Töhfə” və “Xidmət Mobilliyi Provayderi” daxil olmaqla beş istiqamət üzrə “Daim İrəlidə” kateqoriyasında önə çıxıb.

"Ichiban" yapon dilində "bir nömrəli" deməkdir. Bu, eyni zamanda "Toyota Motor Europe"un hər il öz müştərilərinə xüsusi dəyər qatan dilerlərinə verdiyi mükafatın da adıdır.
Hər il 2500-dən çox diler “Şəhərin Ən Yaxşı Dileri” adını almaq üçün bir-biri ilə yarışır. Bu il 35 ölkəni təmsil edən 46 diler sahib olduqları "İlk öncə müştəri" düşüncəsinə görə fəxri adla təltif olunublar.
Toyota G
əncə Mərkəzi-də müştəri məmnuniyyətini ön planda tutan 46 dilerdən biri olmağı bacarıb. “Ichiban” mükafatına layiq olmaq üçün satış və satış sonrası prosedurlarda müştəri məmnuniyyətini, rahatlığını əsas tutan Toyota Gəncə Mərkəzi “Hər kəs üçün xoşbəxtlik” missiyasını uğurla yerinə yetirib. Müştərilərin bütün ehtiyaclarını dinləyərək onların təhlükəsiz və rahat hərəkətini ən uyğun və innovativ formada təmin edib.

Müştəri məmnuniyyəti, keyfiyyət və innovativ həllər gətirərək İçiban Mükafatının qalibi olmuş 46 dileri təbrik etmək mənim üçün xoşdur. Onlar "Toyota"nın hamı üçün hərəkətliliyi təmin etmək düşüncəsinin əsl səfirləridirlər və müştərilərimizin müxtəlif ehtiyaclarını və gözləntilərini qarşılamaq üçün durmadan irəli addımlayıblar. "Toyota"nın Avropadakı rekord satış göstəricisinin səbəbi onlardır və mən bu gün onların nailiyyətlərini qeyd etməkdən qürur duyuram. Parisdə keçirilən Olimpiyada və Paralimpiya oyunlarında iştirak edərək biz bu diler mərkəzlərimizin təcəssüm etdirdiyi mükəmməllik, komanda ruhu və hörmətindən ilhamlanırıq. Onlar ən yaxşıların ən yaxşılarıdırlar və bizim "Ichiban"larımızdırlar.

Bu sözləri "Toyota Motor Europe"un prezidenti və CEO-su Yoşihiro Nakata deyib.


Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Paralimpiya Komitəsinin dünya üzrə mobillik tərəfdaşı kimi "Toyota" 2024-cü il Paris Olimpiya Oyunları çərçivəsində ən mühüm illik tədbirlərindən biri olan İçiban Sammitini təşkil etdi. Dəvət olunmuş r
əsmi diler mərkəzləri tamamilə dəyişdirilmiş Parisi təcrübədən keçirmək və açılış mərasimində iştirak etmək imkanı da əldə ediblər.

Toyota Araşdırma İnstitutunun CEO-su Dr. Gill Pratt bildirir ki, "Toyota"nın əsas məqsədi sadəcə fiziki olaraq deyil, həm də mənəvi, texnoloji olaraq istifadəçilərə mobillik təmin etməkdir. Biz müştərilərimizi cəmiyyətə daha çox fayda verəcək yeni üsullara qovuşdurmalıyıq ki, İçiban Mükafatının bu ilki qalibləri bu düşüncəni dərindən anlayır və tətbiq edirlər.

Toyota Gəncə Mərkəzini bu uğuru münasibətilə təbrik edir daima “Ichiban” olaraq qalmasını arzu edirik. Toyota Gəncə Mərkəzinin ən yaxşılar siyahısında olmasının səbəbini öyrənmək üçün rəsmi diler mərkəzinə özünüz gedə və müştəri məmnunluğunu birbaşa hiss edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, Toyota Gəncə Mərkəzi Gəncə-Şəmkir şossesinin birinci kilometrində yerləşir. Mərkəzi ziyarət etməzdən əvvəl
(+994) 22 259 25 25 nömrəsi ilə, ya da [email protected]  imeyl ünvanı ilə əlaqə saxlaya bilərsiniz.



 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh