Türkiyənin "Togg" elektrik avtomobillərinin zavodda yığılması - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin avtomobili TOGG-un ilk nüsxəsi istehsaldan çıxıb.
Avtosfer.az xəbər verir ki, Türkiyə mətbuatında avtomobillərin yığılma prossesini əks etdirən videogörüntülər yayılıb.
Xatırladaq ki, Bursa şəhərində yerləşən zavodun açılış mərasimi prezident Rəcəb Tayyib Ərdoğanın gəlişi ilə başlayıb. Bildirilir ki, 2023-cü ilin fevralından Togg-un satışına başlanacaq. Avtomobilin qiyməti bazar şərtlərinə rəqabətli bir səviyyədə müəyyən ediləcək.
Togg-un əqli və sənaye mülkiyyət hüquqları 100% Türkiyəyə məxsusdur. Togg-un bir qlobal marka olması hədəflənir.
8 il ərzində 1 milyon avtomobil istehsal edilməsi nəzərdə tutulur. Togg 100% elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitəsidir. Togg-un sosial media səhifələrində belə bir məlumat paylaşılıb:
"İlk ağıllı cihazımız olan C-SUV istehsaldan çıxdı. Planlarımıza uyğun olaraq C-Sedan və C-X Coupe versiyalarının da istehsalna başlamaq üçün işləri davam etdirirk".
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev artıq “Togg”un iki nüsxəsini şəxsi istifadəsi üçün Rəcəb Tayyib Ərdoğandan istəyib.
Zavoddan olan istehsal görüntülərini təqdim edirik:
Nərminə Əli
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR












