Ustaya etibar edən qadın sürücünün avtomobili bu hala düşdü - FOTO

Bu qəribə hadisə Fransanın Var departamentində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, qadın sürücü avtomobilini təmir etdirmək üçün təmir sexinə gətirir. Usta da tanış idi. İş vaxtının sonu olduğu üçün usta təmiri sabaha saxlayacağını deyir. Qadın razılaşaraq evinə qayıdır. Həngamə bundan sonra qopur.
Gecə saat 3 radələrində qadına naməlum nömrədən zəng gəlir. Danışan polis mayoru idi. Qadına onun avtomobili ilə ağır qəza törədildiyini deyərək hadisə yerinə çağırırlar. O, təyin olunan yerə gəldikdə özlərinə inanmır.
Avtomobil qəzaya düşərək metal yığınına dönüb, maşın ustası isə yüngül xəsarətlə qəzadan sağ çıxıb. Məlum olur ki, iş qurtarandan sonra usta maşını da götürüb dostları ilə kef məclisinə gedib.
Yerindəcə araşdırma zamanı məlum olub ki, maşın ustasının vəsiqəsi avtoxuliqanlığa görə 1 il əvvəl ləğv edilib. Qadının avtomobilinin sığortası isə 1 ay əvvəl bitib. Polis qadına yeganə çıxış yolunu göstərir: avtomobili metal tullantısı kimi təhvil vermək.
Pis vəziyyətə düşən qadın avtomobilin utilizasiya məntəqəsinə aparılması üçün də evakuatora pul ödəyir. Səhər açıldıqda isə ilk işi ustaya qarşı etimaddan sui-istifadə ittihamı ilə məhkəmə iddiası qaldırmaq olur.
Təmir müəssisəsinin ilk işi isə ustanın əmək müqaviləsinə xitam vermək olur. Qadın avtomobilindən oldu, məsuliyyətsiz usta da işindən.
Vüqar
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR












