Uzun müddət yaralı və komada olan əsgərimiz şəhid oldu

Bu gün Siyəzən igid şəhidi Saatmirzə Feyruz oğlu Əzimovu son mənzilə yola salıb.
Modern.az-ın məlumatına görə, 23 yaşlı Siyəzən şəhər sakini Saatmirzə Əzimov bir neçə il əvvəl hərbi xidmətini başa vursa da, Vətənin dar günündə biganə qalmayıb.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Siyəzəndən cəbhəyə könüllü getmək istəyənlərin sırasında Saatmirzə öndə olub, təkid edərək könüllü vuruşlara qatılıb. Qarabağda gedən döyüşlərdə ağır yaralanan 23 yaşlı gəncin hətta bir müddət əvvəl şəhid olması xəbəri yayılıb. Amma yaralı olan Saatmirzə Əzimov uzun müddət hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.
Saatmirzə Əzimov ailənin tək oğlu olub, indi ailənin azyaşlı bir qızı qalıb.
Siyəzən İH başçısı Novruz Novruzov şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağını şəhidin atası Feyruz Əzimova təqdim edib. Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Siyəzən İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri iştirak edib. Şəhid Saatmirzə Əzimov Siyəzən şəhər qəbristanlığında dəfn olunub.
Ruhu şad olsun!
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












