"Vətən bizimdir və biz döyüşməliyik" - Şəhid Sabir İsmayılov

"Düşmən ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" - Bu ifadə Azərbaycan şəhidinin son sözlərindən olub. Könüllü olaraq cəbhəyə yollanan igidlərimizdən biri də İsmayılov Sabirdir.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, Sabirabaddan olan Sabir döyüşlərdə iştirak etmək üçün çağırış məntəqəsinə 5 dəfə müraciət edib. Yaxınlarının sözlərinə görə, Sabir İsmayılov uşaq yaşlarından daim hərbçi olmaq və vətənə qulluq etmək arzusunda olub.
Atası Ədalət İsmayılov qeyd edir ki, oğlu iyul hadisələrində Polad Həşimov şəhid olan zaman könüllü adını hərbiyə yazdırmışdı. Vətən müharibəsi başlayanda da müharibədə iştrak etmək istəyən ilklərdən olub.
Anası Təranə İsmayılova bildirir ki, oğlu döyüşlərə getməmişdən qabaq ona deyib ki, vətən bizimdir və biz döyüşməliyik.

Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












